Əvəz Qocayev: Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır

Əvəz Qocayev: Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev - Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır və dinamik inkişaf edir. İndi dünyada proseslər mənfi istiqamətdə gedir, ancaq buna baxmayaraq, son illər Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Dünya dövlətlərinin əksəriyyətində yaşanan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Yaxşı haldır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.

Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsil mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu Öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.

Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə bəyan edir, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır və Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcəkdir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır.

“Heydər Əliyev 100 il ” adlı jurnal işıq üzü görüb

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar tədbirlər planına dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Heydər Əliyev - 100 il” adlı jurnalın təqdimatı keçirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunan jurnalın təqdimat mərasimini giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini, bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu bildirib.

Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb.

O, qeyd edib ki, Heydər Əliyev irsi böyük bir elmi məktəbdir: “Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda intibah dövrüdür. Azərbaycanın bugünkü inkişafını təmin edən ən böyük amil Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdir”.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə nəşr edilən jurnal təqdim olunub.

Qeyd edilib ki, jurnalda Azərbaycana rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyevin respublika iqtisadiyyatında etdiyi inqilabi dəyişikliklərdən, yenidən qurulan yol təsərrüfatından, Ulu Öndərin ideyaları sayəsində Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsindən, Prezident İlham Əliyevin Azərbaycanın yol infrastrukturunu müasir səviyyəyə çatdırmasından, Qarabağ və Şərqi Zəngəzurda qurulan dünyanın ən modern yol infrastrukturu layihələrindən və Azərbaycanın yol infrastrukturu sahəsində aparılan islahatların real nəticə verməsindən bəhs edilir.

Jurnalda dərc edilən məqalələrin hər birinin başlığının və ideyasının Ümumilli Lider Heydər Əliyevin kəlamları əsasında hazırlandığı nəzərə çatdırılıb.

Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Oxşar xəbərlər