Ötən həftə Lerik rayonunun bəzi ərazilərində Mərakeş çəyirtkəsinin yayılması taxıl sahələri üçün təhlükə yaradıb. Bu barədə mətbuatda bir sıra məlumatlar yayılıb.
Kənd sakinləri çəyirtkə sürülərinin rayonun bir neçə kəndində yayıldığını, hətta hektarlarla taxıl və digər əkin sahələri üçün təhlükə yaratdığını iddia edirlər.
Bundan 10 gün öncə isə örüş sahələrində böcək yayılıb, bu barədə Bitki Mühafizəsi İdarəsinə məlumat verilib.
Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir:
“Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın iki-yeddi santimetr dərinliyində keçirir. Dişi fərdlər iki-üç küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycanda martın axırları və aprelin əvvəllərində görünməyə başlayır. Şəraitdən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə iki-üç ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində çəyirtkəkimilərə (Mərakeş çəyirtkəsi) qarşı ümumilikdə 11 563 hektar sahədə müşahidələr aparılıb, 3 458 hektar sahədə sirayətlənmə aşkar edilib və 1 175 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirləri, əsasən, Ağstafa (500 ha), Cəbrayıl (225 ha), Şəki (250 ha) və digər rayonların ərazilərində aparılıb. Həmçinin, Lerik rayonunun dağlıq ərazilərində çəyirtkələrin əkin sahələrinə sirayətlənməsinin qarşısını almaq məqsədilə mütəxəssislər tərəfindən 100 hektardan artıq sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib”.
Məlumatda o da qeyd edilib ki, fermer və sahibkarların təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin yerli qurumlarına məlumat vermələri tövsiyə olunur.