İyunun 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Almalı kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Qəbulu giriş nitqi ilə açan icra başçısı Əhəd Abıyev deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi tam müstəqil uğurlu siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuz sahibinə çevirib. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarının reallaşmasında Prezidentimiz cənab İlham Əliyevə hər zaman dəstək olan, ən yaxın silahdaşlıq edən Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır. Cənubi Qafqazın ən güclü ölkəsi kimi Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inkişaf konsepsiyası ilə siyasi və iqtisadi müstəqilliyini gündən-günə gücləndirir, strateji tərəfdaşlarının sayını artırır”.
İcra başçısı Əhəd Abıyev çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən Almalı kəndində görülmüş işlərdən danışıb, əhalinin məşğulluğunun təmin edilməsi və rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurumlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən Almalı kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
***
İyunun 2-də günün ikinci yarısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Zivlan kəndində sakinlərin səyyar qəbulunu keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı Əhəd Abıyev bildirib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqları Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır və vətəndaşlarla yerlərdə bu cür görüşlər mütəmadi olaraq keçirilir. İcra başçısı çıxışında Prezident cənab İlham Əliyevin respublikanın bütün bölgələrinə olduğu kimi Daşkəsən rayonuna qayğısından söz açıb, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs edib.
Sonra Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib, qaldırdıqları məsələlərə dair aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib, bir qismi də müvafiq qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Zivlan kənd sakinləri Daşkəsən rayonuna hər zaman göstərdikləri diqqət və qayğıya görə bütün rayon sakinləri adından Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini