Daşkəsəndə yanvarın 26-da İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Zağalı kəndində sakinlərlə keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Sakinləri salamladıqdan sonra icra başçısı Əhəd Abıyev çıxış edərək deyib: “Ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, əldə etdiyi nailiyyətlər diqqət mərkəzindədir. Dünyada böyük maliyyə çətinliklərinin, qarşıdurmaların və müharibələrin olmasına baxmayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmizdəki sabitlik, əldə olunan ardıcıl nailiyyətlər daha böyük iqtisadi proseslərin və beynəlxalq layihələrin başlanğıcıdır. Belə ki, Dövlətimizin başçısı cənab İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak edərək Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirmiş, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat vermişdir. İndi dünyanın aparıcı dövlətləri və şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir, ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Xaricdə və daxildə əldə olunan bütün bu nailiyyətlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə birbaşa əlaqəlidir.
Dövlətimizin başçısı Davosda həmçinin Qarabağdakı vəziyyət, Ermənistanla münasibətlərin sülh şəraitində normallaşdırılması istiqamətində görülən işlər, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti barədə ətraflı danışmış, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları xüsusilə vurğulayaraq əsl, real həqiqətləri dünya ictimaiyyətinə faktlarla çatdırmışdır.
Çox sevindirici hal kimi kənd sakinlərini ürəkdən təbrik edən Əhəd Abıyev bildirmişdir ki, ötən ilin yekunu olaraq Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlardan, o cümlədən Dövlət Proqramlarından irəli gələn tapşırıq və tələblər Daşkəsən rayonunda tam icra edilməklə rayonumuz respublika üzrə birinci yerdə olmuşdur. Habelə rayonda yerlərdə təsərrüfatbaşına kitabların işlənməsi ilə bağlı tapşırıqlar 100 faiz yerinə yetirilmiş və Daşkəsən rayonu bu sahədə də ölkə üzrə birinci yerə yüksəlmişdir.
Əhəd Abıyev çıxışında eyni zamanda Daşkəsəndə icra olunan layihələrdən, turizm imkanları böyük olan Zağalı kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, Daşkəsən-Xoşbulaq və ucqar dağ ətəyində sərhəd bölgəsində olan Astaf avtomobil yolunun yenidən qurulmaqla asfaltlaşdırılmasından, kəndin qazlaşdırılmasından, yeni su xəttinin çəkilməsindən, 35/6 kV-luq tam müasir “Zağalı” elektrik yarımstansiyasının istismara verilməsindən və qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra şəhid ailələrinin və kənd sakinlərinin müraciətləri dinlənilib. İcra başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin tezliklə aradan qaldırılması üçün müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerində həll edilib, icra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq dövlət qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən şəhid ailələri və çoxsaylı Zağalı kənd sakinləri vətəndaşların müraciətlərinə hər zaman göstərilən həssas münasibətə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini