Xalqa, dövlətə, dövlətçiliyə xidmət - Eldar Quliyev

Xalqa, dövlətə, dövlətçiliyə xidmət - Eldar Quliyev Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri,Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi. Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Paşinyanın növbəti görüşü keçirildi. Ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər.

Rusiya və Ermənistan rəsmilərinin görüş qabağı bütün bəyanatlarına, Ermənistanın təxribat və pozuculuq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi.

Xalqa, dövlətə, dövlətçiliyə xidmət - Eldar Quliyev


Heç şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının başçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Onlar bu addımlarla müəyyən mesajlar verərək Azərbaycana təsir edəcəklərini düşünürdülər.

Qeyd etmək lazımdır ki, Paşinyanın bütün təxribat və cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmadı. Bu isə öz növbəsində Qarabağla bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olduğu anlamına gəlir.

Ermənistan eləcə də Qarabağdakı separatçılar anlamalıdırlar ki, bütün təzyiq və təxribat cəhdlərinə baxmayaraq Azərbaycan Qarabağla bağlı niyyət və məqsədindən bir addım da geri dönməyəcək.

Ermənistan vaxt itirmədən konstruktiv mövqe nümayiş etdirməli, 9-10 Noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə sülhün gəlməsinə mane olmamalıdır.

Oxşar xəbərlər