30 İLLİK HƏSRƏTƏ SON QOYAN VƏTƏN MÜHARİBƏSİ...

30 İLLİK HƏSRƏTƏ SON QOYAN VƏTƏN MÜHARİBƏSİ... Azərbaycan uzun illər ermənilərin törətdiyi soyqırım,terror və təxribatlarla üzləşib. Qonaq kimi gəldikləri coğrafiyada sonradan öz iyrənc niyyətlərini həyata keçirməyə çalışıblar. Xaricdəki havadarları da ermənilərdən istifadə edərək öz məqsədlərinə çatmağa çalışıblar. Məqsəd bəlli idi. Bu bölgədən Azərbaycanın tarixi torpaqları əlindən alınacaq, yerli əhali isə işgəncələrə, təzyiqlərə məruz qalıb öz doğma yurd-yuvasını tərk edəcəkdi. Bölgədə güclü Azərbaycanın olması heç bir halda həmin qüvvələr tərəfindən arzulanmırdı. Məhz buna görə 1905-ci ildən başlayaraq İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ və digər ərazilərdə yaşayan dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı.Yaşadıqları yerlərdən qovuldu,yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi.
Eyni siyasət Sovet hakimiyyəti illərində də davam etdi.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olundu. Bundan təxminən 35 il sonra 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan didərgin düşdü. Beləliklə Ermənistan monoetnik dövlətə çevrildi. Qarşıda isə Ermənistanın daha böyük "hədəfləri" vardı. Azərbaycanın daxilində yaşayan etnik ermənilər müstəqillik tələbi ilə meydanlara çıxmışdı .O dövrdə baş verən hadisələr nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirdi. Dağlıq qarabağ və ona bitişik 7 rayon düşmənin əlinə keçdi. SSRİ-nin dağılmasından sonra yenicə müstəlliyini qazanan ölkə həm ərazisinin böyük bir hissəsini itirdi, həmdə yüz minlərlə vətəndaşı məcburi köçkün durumuna düşdü.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq mandat almış ATƏT-in Minsk Qrupu 29 il fəaliyyət göstərdi. Həmsədrlər dəfələrlə regiona səfər etdilər.Çoxsaylı görüşlər keçirdilər. Müxtəlif məzmunlu bəyanatlar səsləndirdilər. Lakin əsas həmsədr ölkələr ABŞ, Fransa və Rusiya məsələnin yalnız diplomatik yolla həllinin tərəfdarı olduğunu bildirdilər. Təcavüzkara qarşı sərt tədbirlər görülmədi.Status-kvonun davam etməsinə çalışdılar. Azərbaycan diplomatları 29 il ərzində dünya birliyinə bu haqsızlığa son qoymağa çağırış elədi. Lakin buna məhəl qoyan olmadı. Üstəlik BMT-nin 4 qətnaməsi də heç cür icra olunmadı. Byenəlxalq hüquq iflas etmişdi. Haqlı olanın yox, güclü olanın sözünə qulaq asılırdı.
2016-cı ilə Aprel döyüşləri əslində Ermənistan üçün bir xəbərdarlıq,sonuncu şans idi. 4 gün davam edən bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi. Təmas xətti qısa vaxt ərzində yarılaraq Lələ Təpə yüksəkliyi nəzarətimizə keçdi. Düşmən Azərbaycan ordusunun real gücünü gördü.Rusiyadan kömək istədilər. Və beləliklə Azərbaycana verilən sözdən sonra döyüşlər dayandırıldı. Bu dəfə də Ermənistanın siyasi-hərbi rəhbərliyi öz sözünü tutmadı. Yenə vaxt udmağa çalışdılar. Bütün bunların fonunda Ermənistanda hakimiyyət dəyişikliyi yaşandı.Prezident Serj Sarkisyan qolu sınmış Nikol Paşinyanın qarşısında tab gətirə bilmədi. Və hakimiyyətdən getdi.Əslində Paşinyanın münaqişənin həlli ilə bağlı əvvəlcədən verdiyi açıqlamalar müəyyən mənada ümidlər doğururdu.Lakin sonradan Cıdır düzündə yallı gedərək "Qarabağ Ermənistandır" deməsi diplomatik danışıqlara ciddi bir zərbə vurdu. Rəsmi İrəvanın bu açıqlamasına cavab elədə gecikmədi.Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə "Valday"forumunda çıxış edərkən bildirdi ki,"Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi."
Və nəhayət təqvimlər 27 sentyabr 2020-ci ili göstərəndə Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Düşmənə sarsıdıcı sərbələr endirilib, işğal altında olan torpaqlarımız azad olunmalı idi .Qəhrəman əsgərlərimiz gecə-gündüz demədən haqq yolunda irəlilədilər. Heç bir sədd onların sürətini yavaşlatmadı.Suqovuşadan gələn qələbə xəbəri Şuşada yekunlaşdı. 44 gün ərzində 100-lə yaşayış məntəqəsi azad olundu.Ermənistan ordusu təslim oldu. Əldə edilən razılaşmaya əsasən Ağdam, Kəlbəcər və Laçın danışıqlar yolu ilə azad edildi.Beləliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa elədi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.
Vətən müharibəsi məğlub xalqı qalib xalqa çevirdi. Bu Qələbə tarixdə əbədi qalacaq. Gələcək nəsillər dünya hərb tarixinə düşən Vətən müharibəsi ilə həmişə fəxr edəcəklər.

Sabunçu rayonu, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova


Oxşar xəbərlər