Böyük qələbə ilə başa çatan Zəfər müharibəsindən sonra Azərbaycan bütövlükdə yeni mərhələyə qədəm qoydu. Təkcə Azərbaycanda deyil bütün Qafqaz regionunda siyasi-iqtisadi sahədə yeni dönəm başladı. Dövlət başçısının həyata keçirdiyi diplomatiya Azərbaycanı beynəlxalq birliyin etibarlı və nümunəvi dövlətinə çevirib. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də 44 günlük Vətən müharibəsində tarix yazan qüdrətli ordusunda təsdiqini tapır. Hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış reallıqlar fonunda yeni missiyasını reallaşdırır - Cənubi Qafqazda sülhün, sabitliyin təmini, müasir əməkdaşlıq platformalarının yaranması. Bütün bunlar prezidentin son dövrlərdə keçirdiyi bütün görüşlərdə, tədbirlərdə, konfranslarda səsləndirdiyi fikirlərdə də təsdiqini tapır.
Beynəlxalq birlik, müxtəlif dövlətlər və təşkilatlar tərəfindən səslənən fikirlərə də əsaslanaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu addımı təqdir edilir. İlham Əliyevin söylədiyi kimi, regionda dəyişən reallıqları hətta vasitəçilər də etiraf edir. Həm Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası yerinə yetirmiş ölkələr, həm də Avropa İttifaqı, ATƏT kimi mötəbər təşkilatların İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək nümayiş etdirmələri bunu təsdiqləyən reallıqdır.
Aprelin 29-da Şuşada, növbəti gün isə ADA Universitetində 23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq forumunda da müzakirə edilən məsələlər, İlham Əliyevin müharibədən öncə və sonra yaşanan hadisələrə çox geniş, ətraflı şəkildə aydınlıq gətirməsi, eləcə də qarşıdakı hədəflər, məqsədlər barədə yekdil münasibət bildirməsi bu prosesin tərkib hissəsi idi. Forumun ilk iclası Cənubi Qafqazın diplomatiya mərkəzinə çevrilən Şuşada reallaşdı. Məhz bu səbəbdən də ümumilikdə forum "Beynəlxalq Şuşa Forumu" kimi yeni ad altında təşkil edilmişdi.
Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi idi. Həmçinin diplomatlar regional əməkdaşlıq və bölgədə ölkələrarası əlaqələri müzakirə edib, bununla bağlı mövcud və gələcək imkanlardan danışıblar. Qeyd edilib ki, Azərbaycan və Ermənistanın birgə əməkdaşlıq edə bilməsi üçün hər iki ölkənin üzərinə böyük öhdəliklər düşür. Bu öhdəliklərin yerinə yetirilməsi etnik qruplar arasındakı təzyiqin aradan qalxması və regionda sülhün təmin olunması ilə nəticələnəcək. İlham Əliyev forumda bir daha yeni reallıqlara aydınlıq gətirərək həqiqətləri və Azərbaycanın ümumi istəyini bəyan etdi və Ermənistana da mühüm mesajlar ünvanladı. Prezident dedi ki, Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Bu yaxınlarda isə Ermənistandan müsbət cavab alınıb. Belə ki, rəsmi İrəvan İlham Əliyevin sülh danışıqları üçün irəli sürdüyü 5 təməl prinsipi qəbul edib və bu şərtlər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir.
Forumda qabardılan məsələlərdən biri də Erməni vandalizmi oldu. Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycanda dəhşətli vandalizm aktı törədib, bütün maddi, mənəvi, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini bilərəkdən hədəf alan, bir vaxtlar işgal olunmuş ərazilərdə yüzlərlə hərbi cinayət törədib. Təkcə bunu demək kifayətdir ki, ermənilər tərəfindən bu illərdə 65 məscid, yüzlərlə mədəni-tarixi abidələr məhv edilib ki, onların bir hissəsi dünya əhəmiyyətlidir. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin, 500 qəbirstanlığın dağıdılmasına, 90 min hektar meşə sahəsinin kəsilməsinə səbəb olmuşdur.
Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray, 40 min muzey sərvəti və eksponatı qarət edilmiş və yandırılmışdır. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri erməni təcavüzünün qurbanına çevrilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, bu sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir.
İşğal olunan ərazilərdə yerləşən mədəni irsə, o cümlədən, xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir. Amma, təəssüf ki, beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən bu cür vəhşiliyə susqunluqla yanaşılır. Təəccüblü hal isə odur ki, hazırda müəyyən dövlətlər erməni yalanlarına inanır, təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa qarşı bəşəri cinayətlərinə qarşı biganə münasibət bəsləyirlər.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov