Ermənistanın hərbi qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıb, ağır artilleriya zərbələri endirib,” Human Rights Watch-un Avropa və Orta Asiya üzrə rəhbəri Hugh Williamson deyib. “Altı həftəlik müharibə ərzində bu hücumlar dəfələrlə sivilləri və mülki evləri qanunsuz olaraq hədəf alıb və baş verənlər qərəzsiz şəkildə araşdırılmalıdır.”
Azərbaycanla Ermənistan arasında 27 sentyabr tarixində başlamış müharibə 10 noyabr tarixinədək davam edib. Ermənistanın baş naziri ilə Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış üçtərəfli razılaşma ilə hərbi əməliyyatlara son qoyulub.
Human Rights Watch Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərininin raket və ağır artilleriya hücumlarına məruz qalma faktını araşdırıb. Bu məruzə 40 mülki vətəndaşın öldürülməsi və bir çoxunun yaralanması ilə nəticələnən 18 hücumu hərtərəfli öyrənərək 53 hadisə şahidiylə aparılmış müsahibə, 12 telefon müsahibəsi, media xəbərləri, o cümlədən hökumətin elan etdiyi məlumatlardan əldə olunmuş informasiyalar əsasında hazırlanıb. Human Rights Watch 18 hücumdan üçünün qanuni olub olmadığını dəqiqləşdirə bilməyib.
Eyni zamanda Human Rights Watch 17 hücumdan 10-nun peyk görüntülərini, 9-nun sosyal mediada paylaşılmış foto və videolarını araşdırıb. Hücumların saat və tarixi, səbəb olduğu dağıntı miqyası müəyyənləşdirilib. Digər hücumlara növbəti məruzələrdə yer veriləcəkdir.
Peyk görüntülərinə görə, Ermənistan hərbi qüvvələrinin hücum etdiyi Gəncə və Tərtər şəhərlərində, o cümlədən Qaşaltı və Tapqaraqoyunlu kəndlərində Azərbaycanın hərbi qüvvələri mövcud olub. Azərbaycan hərbi məntəqələrini sıx məskunlaşmış ərazilərdə və ya bu tipli ərazilərə yaxın yerləşdirməklə, həmçinin mülki əhalini hərbi əməliyyatların keçirildiyi yerlərdən köçürməməklə onların həyatını gərəksiz yerə riskə atıb, Human Rights Watch bildirib. Buna baxmayaraq, hərbi məntəqələrin mövcudluğu Ermənistana məskunlaşmış ərazilərdə qeyri-dəqiq və geniş dağıdıcı radiusa malik partlayıcı silahlardan istifadə etməyə haqq qazandırmır.
Ramana qəsəbəsi, 137 nömrəli tam məktəbin
tarix müəllimi İlyas Abbasov