“2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş Qaradağ rayonu gənclərinin toplantısı

“2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş Qaradağ rayonu gənclərinin toplantısı Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin yekun toplantısı keçirildi. Toplantıda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, millət vəkili Səbinə Xasayeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirdi. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Mərkəzin foyesində təşkil olunmuş rayon gənclərinin çəkdikləri rəsm işlərinə və gənclərin nailiyyətlərinin əks etdirən guşəyə baxış oldu. Daha sonra Konfrans zalında rayonda keçirilmiş gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihəlırin hər birinin ana xəttində isə Azərbaycançılıq məfkurəsi dayanıb. Yürüdülən xırdalıqlarına qədər düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmu 44 gün sürən Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənclər siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral - Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Millət vəkili Səbinə Xasayeva Azərbaycan gənclərinin beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışdı. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, Azərbaycan gəncliyinin fəalirrəti ilə bağlı Dövlət Proqramkarının qarşıya qoyduğu məsələlərdən söz açdı.
Tədbirin sonunda gənclər sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təşkilatlar rayon rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edildilər.

“2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş Qaradağ rayonu gənclərinin toplantısı
“2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş Qaradağ rayonu gənclərinin toplantısı“2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş Qaradağ rayonu gənclərinin toplantısı
“2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş Qaradağ rayonu gənclərinin toplantısı


Gənclərə böyük diqqət və qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. “2 fevral - Azərbaycan Gəncləri Günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hətta, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra BMT Baş Məclisi Beynəlxalq Gənclər Gününü elan edib. Bu fakt da bir daha sübut edir ki, Azərbaycanda gənclərə böyük diqqət və qayğı var, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verilir və bu siyasət müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir”. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır və Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir: “Dövlət başçısı tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gəncliyi Dövlət Proqramı”nın, “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis olunması, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncamın imzalanması və başqa addımların atılması Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.

Eyni zamanda, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir”.

“Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu” deyən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov əlavə edib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar və məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu: “Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində azad edilən torpaqlarımızda görülən quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı onların bu prosesdə də fəal iştirak etdiklərini, töhfələrini verdiklərini deməyə güclü əsas yaradır”.

Oxşar xəbərlər