“İqtisadiyyat pandemiyadan əvvəlki səviyyəyə bu il çatacaq”

“İqtisadiyyat pandemiyadan əvvəlki səviyyəyə bu il çatacaq” “Koronavirus (COVID-19) pandemiyası nəticəsində bir qədər kiçilmiş Azərbaycan iqtisadiyyatı daha sürətlə bərpa olunur”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“Bu ilin 9 ayında ölkədə ümumi daxili məhsulun (ÜDM) real artımı 4,8% təşkil edib, Azərbaycanın xarici ticarət dövriyyəsi 8,3% artıb. İqtisadiyyatımızın pandemiyadan əvvəlki səviyyəyə gələn il çatacağı nəzərdə tutulsa da, bu ilin sonuna qədər həmin səviyyəni bərpa edəcəyik. Bu da çox uğurlu göstəricidir”, - o qeyd edib.

Oxşar xəbərlər