Bu qələbə xalqımız və onun dostlarını sevindirdi, işğalın dünyanın təhlükəsizliyi üçün nə qədər böyük təhlükə olduğunu dərk edən dövlətləri razı saldı

Bu qələbə xalqımız və onun dostlarını sevindirdi, işğalın dünyanın təhlükəsizliyi üçün nə qədər böyük təhlükə olduğunu dərk edən dövlətləri razı saldı Xalqımız 1993-cü ildə BMT-nin TŞ-nın qəbul etdiyi qətnamələri yerinə yetirməyən düşmən üzərində 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq yeni bir reallıq yaratdı. Nəticədə Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini taparaq keçmişdə qaldı. Bu qələbə xalqımız və onun dostlarını sevindirdi, işğalın dünyanın təhlükəsizliyi üçün nə qədər böyük təhlükə olduğunu dərk edən dövlətləri razı saldı. Bununla yanaşı ermənilərlə bərabər bəzi dövlətlər qələbə nəticəsində yaranan yeni reallığı həzm etmək istəmirlər. Bunların içərisində həmişə özümüzə dost hesab etdiyimiz İranın ermənipərəst siyasət yeritməsi çox təəssüfləndirici və düşündürücüdür. Tarixi faktlar göstərir ki, İran təkcə indi deyil, AXC zamanı da belə mövqe tutmuşdu. Azərbaycan və İran tarixçilərinin apardıqları araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1917-1918-ci illərdə bir sıra böyük dövlətlərdən yardım alan ermənilər “Cənubi Azərbaycanın qərb bölgələrindəki onlarla şəhər və kəndləri viran qoymuş, talan etmiş, kişi, qadın, uşaq və qocalara fərq qoymadan, ümumiyyətlə, 190 minə yaxın Azərbaycan türkünü qətlə yetirmişdi”. Vətənimizdə və xaricdə aparılan araşdırmalar, əldə olunan arxiv materiallarının müqayisəli, tənqidi obyektiv təhlili sübut edir ki, erməni vəhşiliyi, onların İranla yaxınlığı təsadüfi, impulsiv xarakterli hərəkət olmayıb ciddi şəkildə düşünülmüş, işlənib hazırlanmış ideoloyi bazaya söykənmiş bir proses olmuşdur. Ermənilərin İranla dostluğunun və Cənubi Azərbaycanda yaşayan türklərə qarşı həyata keçirdikləri soyqırımın ideoloji əsaslarını açıb göstərən, aktuallığını bu gün də saxlayan əsərlərdən biri M.B.Məmmədzadənin 1927-ci ildə İstanbulda nəşr olunan “İran və ermənilər” əsəridir. O, göstərir ki, Ararat erməni hökumətinin süqutunun ardınca Təbrizə sığınmış “Daşnaksütyun” partiyasının üzvləri buranı erməni hərəkatının ən mühüm mərkəzlərindən birinə çevirmişdilər. Bu işdə onlara İranın müəyyən siyasi xadimləri, İran daxilində bir çox mühüm vəzifələrdə olan ermənilər, həmçinin İran üzərində təsiri olan bəzi Qərbi və Şərqi Avropa dövlətləri yardımçı olmuşdu. Həmin dövrdə İrandakı bəzi qəzetlər ermənilərin məkrli niyyətlərinin yayılmasına kömək etmişdilər. Ermənilərin İran və Avropa xalqları ilə yaxınlaşması zərurəti barədə Rəşt şəhərində nəşr olunan “Pərvəriş”qəzetində P.Yegigyanın 17 maddədən ibarət olan “Bütün dünya iranlılarına yaddaş” adlı yazısı çox xarakterikdir”... Hər bir iranlı, xüsusilə rəis və idarəedənləri qonşuların birinin digəri ilə olan ixtilaflarından istifadə edərək İran irqindən olan millətlərin ittihadı üçün lazım gələn zəmini hazırlamağa başlamalıdır. İran irqindən olan millətlərin ittihadında İranın oynayacağı rol Prussiyanın alman ittihadında oynadığı rol kimi olmalıdır”. Əsərində ermənilərin “ariyanizm” və “paniranizm” sevgisinin başqa mühüm təzahürlərinə də toxunulmuşdur. O, qeyd edir ki, “paniranizm” Türkiyə Ermənistanını, Kürdüstan adı ilə Qafqaziyayı ariyanilər ittihadı ünvanı ilə “Böyük İran” dairəsinə almaqla Daşnaksütyun utopistlərinin xəyali “Böyük Ermənistan”larını da birləşdirməli idi.iş olacaqdır”. Bunun üçün onlar təklif edirdilər ki, İranı idarə edənlər “Hindistan vasitəsi ilə qüvvətli bir Avropa dövlətinə” arxalanmalıdır. Məhz bundan “sonra heç də ölmək istəməyən bir çox şanlı və qəhrəman millətləri silib xəritədən çıxarmaq” mümkün olacaqdır. Onlar bildirirdilər ki, İran ermənilərin ikinci vətənidir və onlar iranlılarla qardaş olduğundan “İranın hürriyət” hərəkatında ermənilər rəhbər və avanqard rolu oynamışlar. Bununla onlar öz millətlərinin mənafeyini deyil, yalnız İranı əsarət və zülm altından qurtarmağa çalışmaqla vətəni vəzifələrini

yerinə yetirmişdilər. Bunun səbəbini onlar belə izah etmişdilər. Dünyada yalnız İran milliyətidir ki, bizim böyük qardaşlarımız və səmimi dostumuz olmuş və o şəkli ilə də qalır”.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi

Boran Əziz

Oxşar xəbərlər