“Mərc oyunlarını qanunsuz reklam edənləri aparırlar. Mostbet kimi platformaları reklam edən məşhurlar, müğənnilər, video blogerlər lazımı orqanlara çağırılır, işləri məhkəməyə göndərilir”.
Bunu İT üzrə ekspert Fərid Pərdəşünas deyib. O bildirib ki, qanunsuz mərc platformalarının qurbanları çoxdur:
“Bu qurbanlar səhifədə olan reklamlara aldanırlar və daha sonra pullarını qoyub mərc edirlər. Balans çoxalanda isə platforma hesabı bloklayır və aradan çıxır. Qanunsuz olduğu üçün də heç cür dövlət təminatı almaq mümkün deyil. Səhifələr isə yaxşı pul qarşılığında bu platformanı reklam edərək, izləyicilərin bu istiqamətdə yönəldirlər. Nəhayət ki, bu məsələdə artıq saxlamalar başladı”.
Sosial şəbəkə istifadəçiləri iddia edir ki, qanunsuz mərc oyunlarını reklam edənlər arasında Kamil Zeynallı, Roza Zərgərli, Murad Arif və bir çox məşhurlar var.
Məsələ ilə bağlı Ölkə.Az-a danışan fitness məşqçisi Kamil Zeynallı araşdırmadan qanunsuz mərc oyunlarını reklam etdiyinə görə təəssüfləndiyini söyləyib:
“Mərc oyunlarından qazandığımı qazi qardaşlarıma xərcləmişəm. Mən durub o pulla kef çəkməmişəm, nə də ki pis şey etmişəm. Sadəcə deyiblər ki, oyundur. Amma necə olduğunu bilmirdim. Sonradan eşitdm ki, onlar yanlış adamlar, yanlış şirkətlər olublar. Mən yanlış olan şeyi paylaşmaram. Əfsuslar olsun ki, mən onu araşdırmamışdım. Özləri mənə deyirdilər ki, bu, filankəslərin səhifəsində reklam edilir. Dedim ki, yəqin onların səhifəsində reklam olunubsa, problem yoxdur. Allah şahidimdir, oradan əldə etdiyim qazancı qapılarına getdiyim qazi qardaşlarıma və digər bu kimi yerlərə xərcləyirdim”.
K.Zeynallı mərc oyunlarını reklam etdiyinə görə, hüquq-mühafizə orqanlarından ona zəng gəldiyini deyib:
“Dedilər ki, mərc oyunları ilə bağlı paylaşım etməyim. Çünki bu qanunsuzdur. Onlar deyəndən sonra bildim ki, bunu etdirənlər şərəfsiz adamlar imiş”.
Tanınmış müğənni Murad Arif isə Ölkə.Az-a açıqlamasında söyləyib ki, tanımadığı şəxslər mərc oyunlarnı reklam etmək üçün onun adından istifadə edib:
“Mənim adımdan istifadə olunub. Həmin adamları tapa bilmirəm. Bizim şəkillərimizi icazəsiz götürüb qoyurlar, sosial şəbəkələrdə reklam edirlər. Bilmirəm həmin adamları haradan tapa bilərəm. Bildiyim qədərilə mənim, Murad Dadaşovun, Elşad Xosenin fotolarından istifadə ediblər. Bu, çoxdan olub, son vaxtlar gözümə dəymir. Kimsə hansısa xarici ölkədə oturub bizim fotolarımızı montaj edir. IT işçilərimin hamısını bu işə cəlb edlədim, amma tapa bilmədim ki, bu, haradan maliyyələşir”.
Müğənni Roza Zərgərli isə Ölkə.az-a açıqlamasında mərc oyunlarının reklamı ilə bağlı dəfələrlə ona müxtəlif təkliflər gəldiyini desə də, bunu qəbul etmədiyini söyləyib:
“Belə bir məlumatı yayan məsuliyyətə cəlb oluna bilər. Roza xanımın övladları var və oğlan uşaqlarıdır. Mərc oyunları qumardır. Mənə hardasa 10 dəfə təklif gəlib, amma heç vaxt hansısa pulun qarşılığında buna razılıq verməmişəm. Çünki mən yeyinit məhsulu, geyim, cana xeyirli olan şeyi reklam edə bilərəm. Mərc oyunlarının reklamı mənlik deyil. Qanunsuz mərc oyunlarını reklam edənlər bilinir kimlərdir".
Qeyd edək ki, qanunsuz mərc oyunlarını reklam edən məşhurlara şifahi xəbərdarlığın olunduğu, həmçinin onlardan bəzilərinin polis idarəsinə dəvət edildiyi söylənilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) ünvanladığımız sorğuya hər hansı bir münasibət bildirilməyib.