Azərbaycanda xan qəbri tapıldı

Azərbaycanda xan qəbri tapıldı Şəkidə Xan məscidində yeni qəbir tapılıb.

Lent.az məlumatına görə, yeni tapılan qəbirin Hüseyn xana aid olduğu deyilir.

Şəki “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, Xan məscidi bir müddətdir təmirə bağlanıb: “Məsciddə aparılan arxeoloji qazıntılar zamanı orada yeni qəbir tapıldı. Tapılan qəbrin Hüseyn xana məxsus olduğu ehtimal edilir. Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək”.

Oxşar xəbərlər