Dövlətinə və xalqına sadiq polis rəisi

Dövlətinə və xalqına sadiq polis rəisi Polisin fəaliyyətinin ən əlamətdar məqamlarını bütünlüklə əks etdirmək, sözsüz ki, bir müsahibənin mövzusu ola bilməz və nə qədər müfəssəl təsvir etsən də, yenə tam və əhatəli olmayacaqdır.
Bu gün Azərbaycan polisi öz vəzifəsini layiqincə icra edir. Həmçinin DİN-nin Nəqliyyatda Baş Polis İdarəsi və Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin şəxsi heyəti əz vəzifələrini əzmlə yerinə yetirir. 

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsi dəmir yolu, hava və su nəqliyyatı obyektlərində cinayətkarlığa və digər hüquqpozmalara, eləcə də Xəzər dənizi hövzəsində, respublikanın çaylarında, göllərində və digər su tutarlarında ekoloji cinayətlərə qarşı mübarizəni, ictimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən struktur qurumdur.

Bu gün sizə söhbət açacağımız şəxs NBPİ-nin Dəmir yolu Nəqliyyatında polis idarəsinin Suraxanı stansiyasında xətt polis bölməsinin rəisi Qasım Bağırovdur. 

Bu humanist, vətənpərvər şəxsin fəaliyyətində ən ali məqam Ali baş Komandan, cənab prezidentimiz İlham Əliyevə, Daxili işlər Naziri çox hörmətli Vilayət Eyvazova həmçinin idarə və baş idarə rəisinə sədaqət, xalqa hörmət və ehtiramdır.

 Qasım Bağırov əsl polis işçilərinə məxsus sərt intizama, dəmir iradəyə malik olmaqla yanaşı, həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Tabeçiliyində olan ərazidə istənilən vətəndaşı dinləməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların, ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. 
Qasım Bağırov peşəkar nümunəvi polis zabiti kimi hər zaman rəhbərliyin tapşırıqlarını vicdanla yerinə yetirən, qanunların aliliyinə riayət edən əsl polis zabitidir.
 O hər zaman Dövlətə-Dövlətçiliyə, Xalqa-Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına, onun siyasi kursuna sədaqətlə-fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır. 
Qasım Bağırov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Son olaraq müstəqil xəbər portalı olaraq kollektivimiz adından cənab Qasım Bağırova bu çətin, məsuliyyətli və şərəfli vəzifəsinə görə uğurlar arzu edir, bu yolda yeni-yeni nəaliyyətlər diləyirik!

Oxşar xəbərlər