Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda vətəndaşları qəbul edib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 02.09.2020-ci il tarixində vətəndaşları onlayn qaydada qəbul edib.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub. Müraciətlər işlə təmin olunma, suvarma suyu ilə təminat və sututarların yenidən bərpası, şəhər ərazisində xidmət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı olub.
Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiatı qurumlar üzrə yönləndirilib. Həmçinin Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
Sonda rayon rəhbəri bildirib ki, yaranmış pandemiya şəraitindən irəli gələrək sakinlərin sağlamlığının qorunması məqsədi ilə vətəndaşların qəbulu onlayn qaydada davamlı olaraq həyata keçiriləcəkdir.
Xaçmaz rayonunda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Xaçmaz rayonunda əhalinin sıx toplaşdığı yerlərdə, ictimai iaşə obyektlərində vətəndaşların maarifləndirilməsi istiqamətində gündəlik izahedici söhbətlər aparılır. Vətəndaşlara sosial məsafənin qorunması, sanitar-epidemioloji qaydalara riayət edilməsi, maskadan və digər qoruyucu vasitələrdən istifadə olunması tövsiyə olunub.
Xaçmaz rayonunda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində reydlər davam etdirilir
Xaçmaz rayon ərazisində ictimai iaşə və ticarət obyektlərində karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qruplar tərəfindən gücləndirilmiş reydlər davam etdirilir.