İngiltərədə kraliçanın mühafizəçiləri bu səbəbdən İŞDƏN ÇIXARILDI

İngiltərədə kraliçanın mühafizəçiləri bu səbəbdən İŞDƏN ÇIXARILDI İngiltərədə koronavirus səbəbindən mühafizəçilərin çoxu işdən çıxarılır.
İngiltərədə krallığın sarayını və zinət əşyalarını qoruyan mühafizəçilərin sayı azaldılıb. Buna səbəb koronavirusa görə krallıq sarayına daha az turistin üz tutmasıdır. London qalası (Tower of London) ödəniş qarışılığında ən çox ziyarət edilən məkandır. 2018-ci ildə 3 milyon turist qalaya üz tutub. Con Barnes bu barədə açıqlama verərək maddi sıxıntı yaşamamaq üçün mühafizəçilərin işinə son verdiklərini deyib. Hazırda gündə min turistin ziyarət etməsinə icazə verən London qalası 124 milyon dollar zərərə uğrayıb.

Oxşar xəbərlər