Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL Lənkəranda yol infrastrukturunun yenidən qurulması işləri davam etdirilir

Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqisadi inkişafı Dövlət Proqramları tərtib olunarkən bu proqramlarda yol infrastrukturunun inkişafına geniş yer verilib. Ötən dövr ərzində ölkəmizin hər yerində olduğu kimi Lənkəran rayonunda da bu sahədə irimiqyaslı layihələr gerçəkləşdirilərək ümumi uzunluğu 200 km-dək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar başdanbaşa yenidən asfaltlanıb.Təkcə son illərdə rayonda 7 iri yol layihəsi həyata keçirilib. Koronavirus pandemiyasının yaratdığı labüd çətinliklərə baxmayaraq cari ilin birinci yarısında Lənkəran və Liman şəhərlərində 8 küçə asfaltlanandan sonra rayonun ən böyük yaşayış məntəqələrindən olan Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən, yararsız vəziyyətə düşdüyündən sakinlərin narahatçılığına səbəb olan yol ağır texnikalar vasitəsilə hamarlanıb bünövrəsi çınqılla möhkəmləndirilərək yenidən qurulub. Burada 3200 kv/metr yol sahəsinə isti asfalt döşənib, yol çiyinləri yenidən qurulub, suötürücü qurğular quraşdırılıb və yol boyu abadlıq işləri görülüb. Qəsəbədə yol infrastrukturunun yenidən qurulması rayonda turizmin inkişafı baxımından da çox əhəmiyyətlidir. Belə ki, qəsəbənin Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yoluna bitişik ərazidə yerləşməsi və burada yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli İstisu Müalicə və İstirahət Mərkəzinin fəaliyyət göstərməsi turizmin inkişafı üçün çox əhəmiyyətlidir və qəsəbəətrafı yolların asfaltlanması bu imkanları daha da genişləndirəcəkdir.

Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd keçirilib

Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış operativ qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Lənkəran rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Əhali ilə söhbətlərində Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı T.Qaraşov respublikanın bir sıra şəhər və rayonları ilə yanaşı Lənkəranda da karantin rejiminin iyulun 20-dək uzadıldığını qeyd edərək, vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözlənməyə çağırıb. Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.

Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Söhbət zamanı vətəndaşlar dövlət tərəfindən tətbiq olunan tədbirlərə müsbət yanaşdıqlarını, bütün bu kimi qaydaların məhz insanlarımızın sağlamlığına xidmət etdiyini, dövlət başçısı və eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.
Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanılıb.
Həmin gün karantin qaydalarına əməl etməyən bir sıra şəxslər polis tərəfindən inzibati qaydada cərimələnib və onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.

Lənkəran şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Oxşar xəbərlər