İftixar Zeynalov: Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır

İftixar Zeynalov: Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov - Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil.
Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər.

Azərbaycan dövləti koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarını nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlıqlarının müdafiəsi əsas vəzifəyə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür.
Onları bugünlərin qəhrəmanı da adlandırmaq olar. Çünki tibb işçiləri insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. Onlar öz peşələri gərəyincə həyatlarını riskə ataraq, ilk növbədə, şübhəli şəxsləri müayinə edir, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar.

Öz peşələrinə, Hippokrat andına sadiq olan həkimlərimizin ilk gündən koronavirusa qarşı mübarizədə böyük əzmkarlıq, cəsarət nümayiş etdirdiklərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında deyib: "Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.

Ümidsizlik həmişə bu xalqa yad olub. Odur ki, ən ağır günlərində də bütün problemlərin həllini tapacağına, gələcəyin daha gözəl olacağına inamını qoruyaraq "hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib. Bütün dünyada pandemiyaya çevrilmiş koronavirus təhlükəsi də sovuşacaq. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən həkimlərin əməyi isə heç zaman unudulmayacaq.



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovdur.

Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İftixar Zeynalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İftixar Zeynalov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İftixar Zeynalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İftixar Zeynalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İftixar Zeynalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!.

Ona etibar edilən bütün işlərdə İftixar Zeynalov özünü doğruldub. Bizdə hörmətli İftixar Zeynalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər