Namiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Namiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Namiq Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyevdir.

Namiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Namiq Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Namiq Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Namiq Əliyevdən danışdılar yaxşı ki, Namiq Əliyev AGF-nin 1-ci vitse-prezidenti təyin olunub… Namiq Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Namiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Namiq Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Namiq Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Namiq Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Namiq Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Namiq Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Namiq Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Namiq Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun AGF-nin 1-ci vitse-prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Namiq Əliyev özünü doğruldub. Bizdə hörmətli Namiq Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


************************************

SSRİ-nin Güləş Federasiyasının tərkibində ilk dəfə 1959-cu ildə bir qurum olaraq, Azərbaycan Güləş Federasiyası təsis olunmuş, sədr vəzifəsinin icraçısı Axundov Qəmbər Əsgər oğlu olmuş, sonradan isə bu vəzifəni Hüseynov Fətulla demək olar ki, müstəqillik qazandığımız dövrə kimi icra etmişdir.

Müstəqil Azərbaycan Respublikası Dünyada suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə, İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunmuşdur. 1993-1997 illər ərzində Azərbaycan Güləş Federasiyasının prezidenti Etibar Sərdar oğlu Məmmədov, Vitse-prezident Abbas Aydın oğlu Abbasov, Baş Katib Xanmirzə Xanbala oğlu Məlikəliyev olmuşdur.

Namiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


AGF-nin konfransı dörd ildən bir keçirilir. 1997-ci ildə keçirilən növbəti konfransda AGF-nin prezidenti Abbas Aydın oğlu Abbasov, I vitse – prezident Cavanşir Kazım oğlu Qurbanov və Baş katibi Xanmirzə Xanbala oğlu Məlikəliyev seçilmişlər. Federasiyada vəzifə öhdəlikləri üzrə vitse prezidentlər (Məmməd İbrahimov, Çingiz Quliyev, Oleq Krapivin, Məmməd Musayev, Arif Həsənov, Oktay Hüseynov seçilib) fəaliyyət göstərmişlər.

2001-ci ildə Federasiyanın III konfransı keçirilib. Baş Katib istefa verdiyi üçün, həmin vəzifəyə 1997-ci ildən Güləş Federasiyasında Baş mütəxəssis kimi fəailiyyət göstərən Mətləb İbadulla oğlu Abdullayev seçilmiş və 2007-ci ilə kimi Baş Katib olmuşdur.

25 aprel 2005-ci ildə AGF-nin növbəti IV konfransı keçirilmişdir. 2006-cı ildə keçirilən AGF-nin plenumunda millət vəkili Aydın Abbas oğlu Abbasov Federasiyyanın Vitse-prezidenti seçilmişdir.

2007-ci il 29 yanvar tarixində keçirilən Azərbaycan Güləş Federasiyasının növbədənkənar plenumunda Fazil Əsəd oğlu Məmmədov AGF-nin prezidenti, Namiq Tofiq oğlu Əliyev I Vitse-prezident və Cavid Yunus oğlu Qurbanov Baş Katib seçilmişlər. Abbas Aydın oğlu Abbasov Federasiyanın fəxri prezidenti seçilmişdir. Azərbaycan Güləş Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edərək, qarşılıqlı, məqsədyönlü fəaliyyət göstərir.

Namiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


2008-ci il 18 noyabr tarixində Federasiyanın V konfransı keçirilmişdir. Konfransda Güləş Federasiyasının yeni Nizamnaməsinin təqdimatı və təsdiqi, Güləş Federasiyasının Regional nümayəndəliklərinin təsis edilməsi, Federasiyanın Vitse-prezidentlərinin fəaliyyət istiqaməti müzakirə edilmiş, Beynəlxalq əlaqələr, Regionlar, Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və maliyyə işlər və yeniyetmələr üzrə Vitse-prezident vəzifələri müəyyənləşdirilmiş və seçkilər keçirilmişdir.
Namiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Oxşar xəbərlər