“Ayağını itirdi, topa olan sevgisini isə əsla itirmədi” – “Təkayaqlı Messi”nin həyat hekayəsi – VİDEO, FOTOLAR

“Ayağını itirdi, topa olan sevgisini isə əsla itirmədi” – “Təkayaqlı Messi”nin həyat hekayəsi – VİDEO, FOTOLAR UEFA, #EqualGame haştəqi altında karyerası boyunca sıxıntılarla qarşılaşan futbolçuların həyat hekayələrini təqdim etməyə davam edir. 2017-ci ildən başlayan kampaniyada bu dəfə Türkiyənin milli paralimpiya futbol komandasında çıxış edən Barış Tellidir.

UEFA-nın “Xəyalını gerçəyə çevir” başlığı ilə dərc etdiyi məqalədə gənc futbolçunun uşaqlıq illərindən bəri futbola olan sevgisi haqqında bəhs edilir.

Uşaq yaşlarında olarkən bir qəza nəticəsində sağ ayağını itirən 29 yaşlı Barış Telli paralimpiya futbolunda olduqca bacarıqlı oyunçulardan sayılır. İzmir Büyükşehir Belediyyesporda oynayan Barış Telli Türkiyənin Beynəlxalq Paralimpiya Futbol turnirlərində yüksək nəailiyyətlər əldə etməsinin səbəbkarlarından biri sayılır.



Barış Tellinin ayağını itirməsinə səbəb də elə futbol sevgisi olub.

O, qəzanın necə baş verdiyini jurnalistlərə danışıb: “Qəzanın tam necə olduğunu xatırlamıram. Yadımda qalan anamın məni qucağına almağı və qışqırıb yardım istəməsi idi. Xəstəxanada 10 gün qaldım, bütün müdaxilələrdən sonra hər şeyin mümkünsüz olduğunu, ayağımın kəsilməsi lazım gəldiyini dedilər. Qəzadan sonra futbol oynaya biləcəyimi bilirdim. Ayağımın birini itirdiyimə baxmayaraq, o enerjini içimdə hiss edirdim. Təkbaşına divara tək ayağımla top vurmağa başladım. Beləcə davam elədim. Normal futbol oynaya bilməyəcəyimi bilirdim. Lakin paralimpiya futbolunun da varlığından xəbərdar idim. İdman müəllimimin sayəsində paralimpiya futbol klubuna üzv oldum”.

“Ayağını itirdi, topa olan sevgisini isə əsla itirmədi” – “Təkayaqlı Messi”nin həyat hekayəsi – VİDEO, FOTOLAR


Qeyd edək ki, Barış Telli Türkiyənin Paralimpiya Milli komandasına da qəbul olunub. 2017-ci ildə onun sayəsində Türkiyə Milli Paralimpiya komandası İngiltərəni məğlub etmişdi.

Barış təmsil etdiyi milli komandanı iki dəfə də dünya kubokunda 3-cü yerə çıxarıb. Hətta bu bacarıqlarına görə onu ləqəb olaraq, “Təkayaqlı Messi” deyə çağırırlar.

Barış anasının istəyini yerinə yetirən xeyirli bir övlad da sayılır. O, anasının istəyi üzərinə idman müəllimi olmaq üçün Ankarada universitetdə təhsil də alıb.(Musavat.com)

Oxşar xəbərlər