İqtisadçı ekspert Vüqar Bayramov bu gün cəmiyyətdə ən çox müzakirə edilən mövzularla bağlı sualları cavablandırıb. Ekspert gəlir vergisi ilə bağlı güzəştlərin şərtləri, avro ilə bağlı gözləntilər, neftin qiyməti və “Douing Business” təşkilatının hesabatında Azərbycanın yeri ilə bağlı məqamları şəh edib.
– Təklif olunan gəlir vergisi üzrə güzəştlər necə və kimlərə tətbiq olunacaq?
– Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu, o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək.
– Xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydalar nələri əhatə edir?
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcıl aylar çalışan və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəkllər. Onlara xidməti müqavilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa xidməti müqavilə ilə çallşanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir.
3. Avro niyə dəyər itirir və gözləntilər nədir? Avrozonada mövcud siyasi və iqtisadi dəyişikliklər avronun kursunun azalmasına səbəb olub. Avrozona üçün 2018-ci ilin 9 ayının nəticələri proqnozlaşdırılandan xeyili bədbin olub. Zonada cəmi 0.2 faiz iqtisadi artım qeydə alınıb. Buna rəğmən infilyasiya göstəricisi gözləniləndən daha yüksəkdir. Bu arada Almaniya kanslerinin seçkilərdə iştirak etməyəcəyini bəyan etməsi də birjaya təsirsiz ötüşməyib. Avrozona gündəmini tutan İtaliyanın populist büdcəsi də avronu sarsıldan səbəblərdən hesab edilir. Avronun məzənnəsində yaxın vaxtlar üçün kəskin artımlar proqnozlaşdırılmasa da gözlənilir ki, Avropa pulu müəyyən müddətdən sonra stabilləşə biləcək. Amma Avropa Birliyi büdcəsi və İtaliyadakı siyası problemlər qalarsa o zaman avro yeni “qara günlərini” yaşaya bilər. Qeyd edək ki, bu ilin martında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazım idisə indi tələb edilən məbləğ 1.13-dək azalıb. Bu avronun yalnız son 6 ayda 9 faiz ucuzlaşması deməkdir.
– Dünya Bankının 2019-cu il üçün “Bizneslə Məşğul olmaq” hesabatında Azərbaycanın mövqeynin kəskin yaxşılaşması nə ilə bağlıdır?
– Bankın hesabatına əsasən, Azərbaycan bu ilki qiymətləndirmədə dünya üzrə 25-ci yerdədir və qlobal olaraq ən islahatçı 10 ölkə siyahısına daxildir. Siyahıda ölkəmiz MDB dövlətləri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabata görə, Azərbaycan 2017/2018-ci illərdə 8 islahat həyata keçirərək tədirlərin sayına görə ilk onluqda birincidir. Türkiyə 7 islahat ilə ikincidir. Dünya Bankının qiymətləndirmələrinə görə, bura tikinti üçün icaizənin verilməsi üçün bir pəncərə sisteminin formalaşması, elektrik əldə etmək üçün ASAN xidmətdən faydalanmaq imkanının yaranması, yeni kredit bürosunun yaradılması, əmlak qeydiyyatının asanlaşması kimi fəaliyyətlər daxildir.
– Neftin qiymətindəki azalmalar davam edəcəkmi?
– Proqnozlaşdırdığımız kimi neft dəyər itirməkdə davam edir. Son aylar neftin qiyməti ilk dəfə olaraq Bent markalı neftin 1 barelinin qiyməti 75 dollardan aşağı düşüb. ABŞ-ın İrana qarşı sanksiyalarına psixoloji hazır olan bazar Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra neft ölkələrindən əlavə təklif alır. Digər tərəfdən, BP Global daxil olmaqla digər neft şirkətləri də yüksək neft qiymətlərinə ehtiyatla yanaşırlar. Bu o deməkdir ki, neftin qiymətinin orta müddətli dövrdə artması deyil azalması daha çox inandırıcıdır.