Şərəfli vəzifəyə yiyələnən Vəzir Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən Vəzir Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənovdur.

Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

General-mayor Vəzir Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vəzir Həsənov yüksək insanlığı ilə seçilən bir insan və Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəridir! Vəzir Həsənov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Vəzir Həsənov, vəzifəsinin icrasına başladığı gündən Sumqayıt Baş Gömrük İdarəsində köklü islahatlar aparılmasına səy göstərir

Heç bir qüvvə Vəzir Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “Bəylər Əyyubovun adından istifadə edən Vəzir Həsənov kimdir”, Sumqayıt Gömrük İdarəsi “Sirdaş” şirkətinə çevrilib və sair başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavab verim.

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Vəzir Həsənovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Vəzir Həsənova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Vəzir Həsənov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Vəzir Həsənovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - Ölkə Prezidenti növbəti dəfə Fransanın nüfuzlu "France24" televiziya kanalına müsahibəsində bir sıra vacib məqamlara toxunub. Jurnalistin yenə də ünvanladığı suallarda bir qədər təxribat xarakterli provokativ suallar da var idi. Lakin bütün hallarda ölkə Prezidenti cənab İlham Əliyev yenə də qətiyyətli siyasi iradə və eyni zamanda diplomatik məharət nümayiş etdirməklə hər bir suala dolğun cavab verdi. Digər tərəfdən cənab Prezident tərəfindən səsləndirilən cavablar Ermənistana bir mesaj idi.

Preizdent İlham Əliyev tərəfindən müsahibədə verilən mesajlar ümumilikdə Ermənistana himayədarlıq edən qüvvələrə bir siqnal idi. ənab Prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Azərbaycanın təqdim etdim etdiyi ismarıclar üzrə hazırdır. Azərbaycan güclü dövlətdir və Azərbaycana qarşı yenidən hər hansı təhdid olarsa, Azərbaycan bunun qarşısını almağa hər zaman qadirdir.

Vətən Müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.

Azərbaycan xalqının 44 günlük şərəfli mübarizəsində canından keçən 3 minə yaxın igid Vətən oğlu şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbiçimiz yaralandı. 27 sentyabr qəhrəmanlarımızın Anım günüdür. Bizə qürur yaşadan hərbçilərimizin bu şücaətini heç zaman unutmayacağıq. Onların ailələri bizə, bu vətənə, bu xalqa əmanətdir. Azərbaycan xalqı vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinin, qazilərimizin hər an yanındadır.[/i]

Oxşar xəbərlər