Ağsu təhsili yeni inkişaf mərhələsində

Ağsu təhsili yeni inkişaf mərhələsində Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu rayonu Təhsil Şöbəsinin müdiri Aqil Həsənovdur.

Ağsu rayonu Təhsil Şöbəsinin müdiri Aqil Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Aqil Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Aqil Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Aqil Xəlgüllah oğlu Həsənov

1963-cü ildə Ağsu rayonunun Mustafalı kəndində anadan olub.

Bakı Dövlət Universitetinin tarix fakültəsini bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib.

2001-2007-ci illərdə Ağsu rayonu Mustafalı kənd ümumi orta məktəbində ixtisası üzrə müəllim işləyib.

2007-2011-ci illərdə Ağsu rayonu Mustafalı kənd ümumi orta məktəbində direktor işləyib.

2011-2020-ci illərdə Muradlı kənd tam orta məktəbində direktor işləyib.

Ağsu rayon İcra Hakimiyyəti başçısının 24 aprel 2020-ci il tarixli, 56 nömrəli sərəncamı ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


Sorğu apardıq ağız dolusu Aqil Həsənovdan danışdılar yaxşı ki, Aqil Həsənov Ağsu rayonu Təhsil Şöbəsinin müdiridir… Aqil Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Aqil Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Aqil Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Aqil Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Aqil Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Aqil Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Aqil Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Aqil Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Aqil Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu rayonu Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Aqil Həsənov özünü doğruldub. Bizdə hörmətli Aqil Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər