Vüqardan dənizi hasarlayanlara AĞIR SÖZLƏR — "Ananızı ağlar qoyacaq..." - VİDEO

Vüqardan dənizi hasarlayanlara AĞIR SÖZLƏR — Müğənni Vüqar Muradov dənizi hasarlayan şəxslərə sərt ismarış yollayıb.
"Ölkə.Az"ın məlumatına görə, sənətçi aktyor-bloqqer Kənan Yusifin çəkdiyi "hasarlanmış arzular" videosunu paylaşaraq bu sözləri yazıb:

"Dəniz millətindir, sizin dədənizin şəxsi malı deyil, ey gözləri doymayan vicdansızlar. Vaxt gələcək burnunuzdan tökəcəyik, ananızı ağlar qoyacaq bu millət. Heç olmasa bir az kişiliyiniz, vicdanınız olsun. Rədd edin hasarlarınızı".
Qeyd edək ki, V.Muradov aktov sosial şəbəkə istifadəçisi olmaqla yanaşı, cəmiyyətdəki proseslərə, sosial məsələlərə tez-tez münasiət bildirən sənətçilərdəndir.

Oxşar xəbərlər