Vüqar Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL

Vüqar Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi Vüqar Muradovdur.

16 avqust 2018-ci il tarixindən Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən Muradov Vüqar Ənvər oğlu 7 saylı Ərazi Hesablaşma Mərkəzinə rəis təyin edilib.

22 aprel 1973-cü ildə Şəmkir rayonun Düyərli kəndində anadan olan Vuqar Muradov Əmtəəşünaslıq Kommersiya İnstitutunu bitirib.
Ailəlidir, 3 övladı var.

Vuqar Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sector müdiri, baş mühasib vəzifəsində çalışıb.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi Vüqar Muradov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli rəis peşəsinə yiyələnən Vüqar Muradov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar Muradov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vüqar Muradovdan danışdılar yaxşı ki, Vüqar Muradov Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi təyin olunub… Vüqar Muradov öz isguzarlığı ilə tanınır və seçilir….

Vüqar Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Vüqar Muradovu heç vaxt əqidəsindən döndərə bilməz.

Vüqar Muradov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vüqar Muradov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vüqar Muradov ani və düzgün qərar qəbul edən insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Vüqar Muradovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vüqar Muradov şagirdlərə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vüqar Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəmkir rayon 7 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Vüqar Muradov özünü doğruldub. Bizdə hörmətli Vüqar Muradovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər