Şükür Astanov: Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılır

Şükür Astanov: Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılır 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

Şükür Astanov: Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılır


Artıq 13 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.

Qeyd edək ki, cəmiyyətin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, bunun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollara işğaldan azad edilmiş doğma Qarabağımızın ərazisində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də daxildir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR..

6 saylı yol istismar idarəsinin müdiri, “ORİON”-E MMC-nin rəhbəri Şükür Astanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Şükür Astanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Şükür Astanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Şükür Astanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Şükür Astanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şükür Astanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 6 saylı yol istismar idarəsinin müdiri, “ORİON”-E MMC-nin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!



"Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir."


Qanuninfo.az olaraq bu şərəfli insan - 6 saylı yol istismar idarəsinin müdiri, “ORİON”-E MMC-nin rəhbəri Şükür Astanov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Şükür Astanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Oxşar xəbərlər