Süleyman Mikayılov haqqında elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!!

Süleyman Mikayılov haqqında elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!! Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan Onun haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən, istedadlı kadr kimi tanınır. Sözümüz onda deyil. Son günlər sosial şəbəkədə, xəbər portallarında Süleyman Mikayılov barədə yazılan və məqsədli şəkildə yayılan böhtan xarakterli yazılardan gedir.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yetişdirdiyi, prespektivli ziyalılardan biridir. Şər atdığınız adam sıradan bir şəxs deyil, bir rayonun iqtidarda olan icra başçısıdır. Bəli, yaşının o həddi olmasa da, əsl el-oba adamıdir, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlıdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Qaradağ əhalisi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Süleyman Mikayılov rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Nəşrə başlayan hər bir mətbu orqan qarşısına məqsəd qoyur. Və bu məqsədə çatmaq üçün dünya təcrübəsinə söykənən jurnalistikanın prinsiplərinə əməl etməlidir.

Əsl reşəkar jurnalist qəbul olunmuş bu prinsiplərə əməl edtməlidir. Bəli jurnalist var ki, öz yaradıcılığında prinsiplərə söykənir, jurnalist də var ki, prinsiplərdən qaçır, özü istədiyi kimi hərəkət edir. Onun məqsədi qarayaxmaq, faktı özünə sərf elədiyi kimi oxuculara çatdırmaq, lazım gələndə şərh etmək, bir sözlə, aranı qızışdırmaqdır. O, bununla yalnız öz çevrəsinin "hörmətini" qazana bilər.

Qərəzsiz olmaq üçün gərək vicdanlı olasan, yalana yol verməyəsən və əlində olan faktları yalnış göstərməyəsən. Yanlışlığa yol verilibsə, etiraf edib düzəltməlisən. Peşəkar Jurnalistlər Cəmiyyətinin Etik Koteksində çox aydın yazılıb: "Buraxılan səhvləri tez və bütövlükdə düzətmək lazımdır". Amma təəssüf ki, bəzi yazılarda qərəzliliyin şahidi oluruq. Qazanc xatirinə, qəzetlərin satılması xatirinə yalan uyduran jurnalistlərin bir qismi açıq-aşkar qərəzli mövqedən çıxış edirlər. Bu da narazılıq doğurmaya bilməz. M.Ə.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində yalan, qərəzli mətbu orqanlar barədə yazırdı: "Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur".

Möhtərəm həmkarlarım, elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!!

Oxşar xəbərlər