Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Saatlı şəhərində ümumrayon tədbiri keçirildi


Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Saatlı şəhər Heydər Əliyev meydanında ümumrayon tədbiri keçirildi. Tədbirdə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyuldu, Heydər Əliyev Mərkəzi ziyarət edilərək Ulu öndərin həyat fəaliyyətinə həsr olunmuş film nümayiş olundu. Daha sonra məktəbli şagirdlərin əl işlərindən ibarət sərgi və öz fəaliyyət dərnəklərinin iştirakı ilə konsert proqramı təşkil olundu. Bundan əlavə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş müsabiqə qalibləri mükafatlandırıldı.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivlərindən, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən, bələdiyyə və ictimaiyyətin nümayəndələrindən, ümumilikdə 4000 nəfər iştirak etdi.

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏLSaatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏLSaatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL


Kamallı kəndində səyyar qəbul keçirildi

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Kamallı kənd ümumi orta məktəbində kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Qəbulda 80 nəfər kənd sakini, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Kənd sakinlərindən 6 nəfərinin müraciəti qeydə alınmış, 1 nəfər isə rayonda görülən işlərlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Qaldırılan məsələlərlə bağlı RİH başçısı tərəfindən RİHB-nın müavin və şöbə müdirlərinə, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmiş, səyyar qəbulda qaldırılmış məsələlər icraata götürülmüşdür.

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

Saatlılılarla görüşü zamanı Prezidentin dediyi bu sözlər rayon sakinlərində xoş ovqat yaratdı. Saatlı doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Rayon sakinlərinin bu ildə əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Saatlı rayonu son illər dinamik inkişaf yoluna çıxmış, rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir. Dövlət Proqramının icrasından ötən müddət ərzində görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.

Azərbaycanın hər bir bölgəsi kimi, Saatlı rayonunun da inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində dəfələrlə rayonumuzda olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalamışdır. Sevindirici haldır ki, ölkə başçısı rayona etdiyi bütün səfərlərdə yeni obyektlərin açılışlarında özü iştirak etmiş və görülən işlərdən razılığını bildirmişdir.

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL

Son illər Saatlı rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün rayonda görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir. Yəqin bilirsiniz ki, ötən hesabat yığıncaqlarında mən abadlıq işləri ilə əlaqədar lazımı qədər məlumatlar vermişəm. Həmçinin qeyd etmişəm ki, bu işlər gələcəkdə daha geniş miqyasda davam etdiriləcəkdir. Xüsusən də Saatlı şəhərinin mərkəzi hissəsi bizim hazırladığımız layihələr üzrə tamamilə yenidən qurulacaqdır.

Saatlılar Siraqəddin Cabbarovun Saatlı rayon İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Saatlının tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL

Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Saatlı özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş rayonları siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.


Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL
Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL
Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL
Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL
Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL
Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir - ÖZƏL

Oxşar xəbərlər