Malik İsaqov sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirir

Malik İsaqov sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirir Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur.

İsaqov Malik Xizir oğlu 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur.
1970-ci ildə Hal kənd orta məktəbini bitirmişdir.
1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir.
1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışmışdır.
1984-2001-ci illərdə zavodun direktoru olmuşdur.
2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Ailəlidir. 2 övladı var.
Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov Azərbaycanın ən tanınan simalarından biridir. Toyda misiqiçilər, yas mərasimində mollalar məclisə daxil olan kimi onu diqqət mərkəzində saxlayır. Malik müəllim, neçə-neçə xəstələrin müalicəsinə pul ayırıb, bəzi yaradıcı insanlara maddi-mənəvi dəstək olub. Qubadlı rayonunun və digər rayonların sakinlərinin problemlərini həll edib.

Malik İsaqov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Malik İsaqov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Malik İsaqov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Malik İsaqovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Malik İsaqov heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Malik İsaqov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

P.S. qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

Oxşar xəbərlər